İstedadlar sorağında

 

   Zərdab rayonundaİstedadlar sorağındabaxış-müsabiqəsinin keçirilməsi ənənəyə çevrilib. Müsabiqə hər il neçə-neçə gənc istedadın üzə çıxarılmasında, ictimaiyyətə tanıdılmasında mühüm rol oynayır. İstedadlar sorağında - 2013” baxış-müsabiqəsi unudulmaz anlarla, sevindirici nəticələrlə yadda qaldı, yaradıcılıq qabiliyyətinə malik olan neçə-neçə gənc istedadı üzə çıxardı.

   Bu günlərdə isə müsabiqə qaliblərinin iştirakı ilə rayon Mədəniyyət Turizm Şöbəsində geniş tədbir keçirildi, ifaları dinlənildi. Sonda iştirakçılara hədiyyələr, pul mükafatı təqdim olundu.

  

   Mübariz Səfiyaroğlu

 

Mədəniyyət.- 2013.- 14 iyun.- S. 15.